Bank Of Baku

NATO Liviyada yerüstü hərbi əməliyyata hazırlaşır

NATO Liviyada yerüstü hərbi əməliyyata hazırlaşır
# 10 may 2011 14:30 (UTC +04:00)
Bakı-APA. Liviya lideri Müəmmər Qəddafi NATO-nun yerüstü əməliyyatlara başlamaq ehtimalını nəzərə alaraq ölkədə irimiqyaslı səfərbərlik elan edib. APA-nın məlumatına görə, bu barədə “Aş-Şark al-Ausat” qəzeti Liviyanın yüksək vəzifəli məmuruna istinadən xəbər yayıb. Məmur bildirib ki, Liviya hökuməti NATO-nun Liviyada yerüstü əməliyyata başlayacağını gözləyir və biz hadisələrin istənilən inkişaf ssenarisinə hazırıq. Bu tədbirlər çərçivəsində qadın və uşaqların da orduya səfərbər olunması üçün tədbirlər görülür”.

Mənbə qeyd edib ki, NATO hava zərbələri ilə Qəddafini hakimiyyətdən getməyə məcbur edə bilməyib, bu isə alyans rəhbərliyini yerüstü əməliyyat aparmağa sövq edir: “Bizdə NATO-nun Liviyaya qarşı yerüstü əməliyyata başlamayacağına dair dəqiq məlumatlar var”.

Hərbi ekspertlərin hesablamalarına görə, Qəddafiəy bağlı silahlı birləşmələrin şəxsi heyəti 800 min nəfəri keçir. NATO-nun yerüstü əməliyyatı ərəfəsində Liviya rəhbərliyi əhaliyə silah paylamaqla bu rəqəmi artırmağa çalışır. Son vaxtlar Liviya telekanalları xüsusi hərbi düşərgələrdə qadınların təlim keçməsinə dair kadrlar yayımlamağa başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR