Bank Of Baku

Yaponiyanın baş naziri maaşından imtina edib

Yaponiyanın baş naziri maaşından imtina edib
# 10 may 2011 16:39 (UTC +04:00)
Bakı - APA. Yaponiyanın baş naziri Naoto Kan “Fukusima-1” AES-də yaranmış böhran aradan qaldırılana qədər məvacibindən imtina edib.

APA-nın AFP-yə istinadən xəbərinə görə, N.Kan bildirib ki, hökumət yaranmış vəziyyətə görə AES-in operatoru olan “TEPCO” şirkəti qədər məsuliyyət daşıyır.

“Çünki enerji siyasətini hökumət həyata keçirir. Bu siyasətə görə cavabdehlərdən biri də mənəm” - deyən baş nazir Yaponiya sakinlərindən üzr istəyib.

N.Kan əməkhaqqını büdcəyə iyun ayından etibarən qaytarmağa başlayacaq. Onun aylıq maaşı isə 1,6 mln. yen (20 min dollar) təşkil edir. Bununla belə, hökumət başçısı həm də parlamentin üzvü olduğu üçün deputat maaşını almaqda davam edəcək. Onun deputat məvacibi isə 800 min yenə (10 min dollara) bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR