Bank Of Baku

Bin Ladenin gizləndiyi villadan pornoarxiv tapılıb

Bin Ladenin gizləndiyi villadan pornoarxiv tapılıb
# 14 may 2011 07:35 (UTC +04:00)
Bakı - APA. “Əl-Qaidə” lideri Üsamə bin Ladenin Pakistanın Abbotabad şəhərində gizləndiyi villadan pornoqrafik məhsullar arxivi aşkarlanıb.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, olduqca geniş olan pornoarxiv müasir elektron daşıyıcılardakı videofilmlərdən ibarətdir. Bu videomaterialların xarakteri barədə əlavə informasiya verilmir.

Pornoqrafik məhsulların evin hansı hissəsində aşkarlandığı da bəlli deyil. Bu səbəbdən böyüklər üçün filmləri məhz bin Ladenin əldə edib baxdığını da iddia etmək olmaz. Evdə internet olmadığından, bu villada yaşayanlardan kimin hansı yolla pornoqrafiyaya çıxış əldə etməsi də aydın deyil.

Artıq “əl-Qaidə” liderinin elektron poçtdan necə istifadə etməsi aydınlaşdırılıb. ABŞ kəşfiyyatçıları müəyyənləşdiriblər ki, Üsamə məktubu evdəki internetə qoşulmamış kompüterdə yığır, sonra məktubu fləş-diskə ataraq onu etibar etdiyi kuryerə verirmiş. Kuryer isə Pakistan şəhərlərindən birinə gedərək məlumatı internet-kafedən göndərirmiş.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR