Bank Of Baku

İraqda 5 ABŞ hərbçisi öldürülüb

İraqda 5 ABŞ hərbçisi öldürülüb
# 06 iyun 2011 15:32 (UTC +04:00)
Bakı – APA. İraqda ABŞ ordusunun 5 hərbçisi öldürülüb. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Pentaqon hərbçilərin hansı şəraitdə öldüyünü açıqlamasa da, onların “Victory” bazasının silahlı qruplar tərəfindən raket atəşinə tutulması nəticəsində həlak olduqları bildirilir. Silahlılar bazaya 5 raket atıblar.

Qeyd edək ki, indiyədək İraqda 4459 ABŞ hərbçisi həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR