Bank Of Baku

Türkiyəyə daxil olan Suriya qaçqınlarının sayı 1600-ə çatıb

Türkiyəyə daxil olan Suriya qaçqınlarının sayı 1600-ə çatıb
# 10 iyun 2011 01:52 (UTC +04:00)
Bakı-APA. Suriya hökumətin intiqamından ehtiyat edərək Türkiyə daxil olan Suriya qaçqınlarının sayı 1600-ə çatıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Türkiyə hökumətinin nümayəndəsi yayıb. İnsanlar prezident Bəşar Əl-Əsədin etiraz aksiyası iştirakçılarına qarşı ölçülərindən qaçır. Qaçqınlar bildirirlər ki, etiraz aksiyası iştirakçıları xəbərdarlıqsız atəşə tutulur. Suriya hökuməti silahlı qruplaşmaların sərhəd bölgələrdə təhlükəsizlik qüvvələrinə qarşı amansızcasına hücuma keçdiyini bildirir. Nəticədə 120 əsgər öldürülüb. Qaçqın axını BMT-nin Təhlükəsizlik Şurasının Suriyanı öz xalqına divan tutmasında günahlandırdığı bir vaxt baş verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR