Bank Of Baku

Suriyadan Türkiyəyə gələn qaçqınların sayı 4300 çatıb

Suriyadan Türkiyəyə gələn qaçqınların sayı 4300 çatıb
# 12 iyun 2011 00:42 (UTC +04:00)
Bakı-APA.Suriyadakı etiraz çıxışlarının qarşısının zor gücü ilə alınması həmsərhəd Türkiyəyə üz tutan qaçqınların sayının kəskin şəkildə artması ilə müşayiət olunur.
APA-nın bbc.com saytına hazırda rəsmi rəqəmlərə görə Türkiyə ərazisinə keçən adamların sayı 4.300 ətrafındadır.
Didərgin düşmüş adamların qeyri-rəsmi sayının daha yüksək ola biləcəyi bildirilir.

Türkiyə Xarici İşlər Nazirinin yüksək rütbəli rəsmisi Halit Çevik deyib ki, ölkəsi problemdən narahatdır, lakin evlərini qoyaraq Türkiyədə sığınacaq axtaran adamların üzünə qapını bağlamayacaq.

“Onlar gəlirlərsə bu humanitar məsələdir. Biz imkan daxilində əlimizdən gələni etməyə hazırıq”, - deyib diplomat.

Ankara problemdən yayınmaq üçün Suriyada sabitliyin yaranmasında maraqlı olduğunu bildirir.

Türkiyə rəsmiləri Suriya rəhbərliyi ilə danışıqlarda onu zorakılıqdan çəkinərək demokratiyanın bərpasına çağırdığını qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR