Bank Of Baku

Əfqanıstanda baş verən terror aktı nəticəsində 5 nəfər həlak olub, 20 nəfər yaralanıb

Əfqanıstanda baş verən terror aktı nəticəsində 5 nəfər həlak olub, 20 nəfər yaralanıb
# 25 iyun 2011 08:00 (UTC +04:00)
Bakı - APA. Əfqanıstanın şimalındakı Qunduz əyalətinin Xanabad şəhərində terror aktı baş verib. APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə əyalət polisinin mətbuat katibi Səid Ənvər Hüseyni açıqlama verib.

Onun dediyinə görə, naməlum şəxslər şəhərin mərkəzi parkında dayanmış motosikleti partladıblar. Terror aktı nəticəsində ən azı 5 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Yaralılardan 8-i qadın, 3-ü isə uşaqdır. 5 nəfər yaralının vəziyyəti ağır qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR