Bank Of Baku

Kabulun Intercontinental hotelinə hücum edən terrorçuların hamısı öldürülüb

Kabulun  Intercontinental hotelinə hücum edən terrorçuların hamısı  öldürülüb
# 29 iyun 2011 04:42 (UTC +04:00)
Bakı-APA. Kabulun Intercontinental hotelinə hücum edən terrorçular təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb. Bu barədə xəbəri Əfqanıstanın Daxili İşlər Nazirliyi yayıb.
Bildirilir ki, baş vermiş hücum və ardınca təhlükəsizlik qüvvələrinin əməliyyatı beş saat çəkib.
Nazirliyin nümayəndəsi deyib ki, “altı və ya yeddi terrorçu zərərləşdirilib".
Hücum nəticəsində hoteldə olan 10 nəfər həlak olub.
Terror aktına görə məsuliyyəti Taliban qruplaşması öz üzərinə götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR