Bank Of Baku

Əfqanıstanda Talibanla döyüşdə 78 nəfər həlak olub

Əfqanıstanda Talibanla döyüşdə 78 nəfər həlak olub
# 07 iyul 2011 02:37 (UTC +04:00)
Bakı-APA. Əfqanıstanın hökumət nümayəndələri bildiriblər ki, Nuristan əyalətində Talibanla təhlükəsizlik qüvvələri arasında iki gün davam edən döyüş zamanı 78 nəfər həlak olub.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, onlardan 33 nəfəri Əfqanıstanın sərhəd xidmətinin əməkdaşlarıdır. Nuristan vilayətinin qubernatoru Camaləddin Badar bildirib ki, 150-ə qədər tam silahlanmış Taliban üzvünün hücumu dəf edilərkən 40 terrorçu zərərləşdirilib. Atışmada 5 dinc sakin həlak olub.
Onun sözlərinə görə, terrorçular həmsərhəd Pakistan tərəfindən hücum ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR