Bank Of Baku

Pakistan ordusunun keçirdiyi əməliyyat zamanı azı 40 silahlı öldürülüb

Pakistan ordusunun keçirdiyi əməliyyat zamanı azı 40 silahlı öldürülüb
# 07 iyul 2011 16:31 (UTC +04:00)
Bakı – APA. Pakistan ordusunun ölkənin şimal-qərbindəki Kurram vilayətində keçirdiyi əməliyyat zamanı azı 40 silahlı öldürülüb. APA-nın xəbərinə görə, bu barədə Pakistan telekanalları məlumat yayıb.

Əfqanıstan sərhədi yaxınlığındakı Manato yaşayış məntəqəsi ərazisində hökumət qoşunları ilə silahlı qruplaşmalar arasında şiddətli döyüş olub. Ordu hərbi helikopterlər və artilleriyanın dəstəyi ilə silahlı qrupların üzərinə hücum edib. Bir neçə hərbçinin yaralandığı bildirilir. Əməliyyatda məqsəd Əfqanıstana gedən və silahlıların nəzarətində olan nəqliyyat dəhlizini azad etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR