Bank Of Baku

Banqladeşdə baş verən avtomobil qəzasında azı 44 məktəbli ölüb

Banqladeşdə baş verən avtomobil qəzasında azı 44 məktəbli ölüb
# 12 iyul 2011 16:57 (UTC +04:00)
Bakı - APA. Banqladeşdə baş verən dəhşətli avtomobil qəzasında azı 44 məktəbli ölüb. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Mirersaray şəhərinin yaxınlığında qeydə alınıb.

50-60 məktəblini daşıyan yük maşını aşaraq yol kənarında su və çirkabla dolu olan xəndəyə düşüb. Maşının yük hissəsi uşaqların üzərinə düşdüyündən onların əksəriyyəti kənara çıxa bilməyib və boğulublar. 12 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xilasedicilər hadisə yerinə gələnə qədər yerli sakinlər 4 məktəblini xilas ediblər və 24 meyit çıxarıblar. Xilasedicilər daha 16 uşağı xilas edərək xəstəxanaya göndəriblər, lakin onlardan 4-ü keçinib.

Sağ qalan məktəblilərdən biri bildirib ki, qəza sürücü mobil telefonla danışarkən baş verib. Hadisədən sonra sürücü qaçıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR