Bank Of Baku

İsrail Hərbi Hava Qüvvələri Qəzzaya hava zərbəsi endirib, dörd nəfər yaralanıb

İsrail Hərbi Hava Qüvvələri Qəzzaya hava zərbəsi endirib, dörd nəfər yaralanıb
# 15 iyul 2011 03:10 (UTC +04:00)
Bakı-APA. İsrail Hərbi Hava Qüvvələri Qəzzaya hava zərbəsi endirib.
APA-nın verdiyi xəbərə görə, Fələstin tərəfi bildirib ki, bombardman nəticəsində iki uşaq daxil olmaqla, dörd fələstinli yaralanıb.
İsrail hökumətinin yaydığı xəbərdə deyilir ki, hava hücumunun hədəfi Həmasın istifadə etdiyi üç obyekt olub.
Bir qədər əvvəl xəbər verilmişdi ki, Qəzza zolağından İsrail ərazisinə dörd raket buraxılıb. Bu İsrail Hava Qüvvələri tərəfindən Misir-Fələstin sərhədinin altındakı tuneli atəşə tutması və nəticədə 4 nəfərin xəsarət almasından sonra baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR