Bank Of Baku

Səddam Hüseynin ögey qardaşları edam olunacaqlar

Səddam Hüseynin ögey qardaşları edam olunacaqlar
# 15 iyul 2011 18:17 (UTC +04:00)
Bakı-APA. ABŞ qüvvələrinin dünən İraq rəsmilərinə təslim etdikləri Səddam Huseyn hökumətinin 5 yüksək rütbəli şəxsi 1 ay ərzində edam olunacaqlar. Bu barədə məlumat İraq baş prokurorluğundan verilib.

Məlumata görə, baş prokuror Həsən əl Şammari prezident şurasına müraciət edərək bu şəxslərin edam cəzasına razılığın gecikdirməməyi xahiş edib və müraciətinə müsbət cavab alıb. Prokurorluqdan bildirilib ki, yaxın 5 gün ərzində razılığın verilməsi, 1 ay ərzində isə edamın həyata keçirilməsi gözlənilir.

Sözügedən 5 nəfərin arasında İraqın keçmiş prezidenti Səddam Hüseynin ögey qardaşları Vatban İbrahim Həsən ilə Sabai İbrahim əl Tikriti də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR