Bank Of Baku

Çinin Sincan bölgəsində daha bir qarşıdurma olub

Çinin Sincan bölgəsində daha bir qarşıdurma olub
# 19 iyul 2011 02:26 (UTC +04:00)
Bakı-APA. Çinin Sincan əyalətində yaşayan türkdilli uyğur icması Çin hökumətini müsəlmanları sıxışdırmaqda, dinləri ilə bağlı təzyiq etməkdə ittiham edirlər.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, uyğurlar bildirirlər ki, Çin hökuməti milyonlarla etnik han çinliləri həvəsləndirir ki, bu regiona köçüb uyğurların əlindən iş yerlərini alsınlar. Çin hökuməti isə uyğurları zorakılıqdan istifadədə etməkdə günahlandırır.
Bazar ertəsi günü Çinin türkdilli uyğurlar yaşayan Sincan Muxdar Vilayətində polis bölməsinə hücum edilib, azı dörd nəfər qətlə yetirilib. Rəsmi Sinxua xəbər agentliyinin məlumatına görə, üsyançılar Hotan şəhərində polis idarəsinə hücum ediblər, polis əməkdaşlarını girov götürüblər, binaya od vurublar. Xəbərə görə, əraziyə əlavə polis qüvvələri cəlb olunub, onlar hücum edənlərə atəş açıblar, altı girovu azad ediblər.
Hadisə vaxtı bir polis, bir təhlükəsizlik xidməti əməkdaşı, iki girov öldürülüb. Bir neçə girov xəstəxanaya yerləşdirilib.

Sincanda əyalətində illərdir ki, etnik han çinliləri və yerli uyğur əhali arasında qarşıdurmalar baş verir. Çin hökuməti deyir ki, təkcə 2009-cu ildə regionda etnik zəmindəki qarşıdurmalarda 200 nəfər həlak olub.

Almaniyada yerləşən hüquq müdafiə qrupu Dünya Uyğur Konqresinin katibi Dolkun İsa bildirib ki, keçən həftə polis Hotanda və başqa yerlərdə bir neçə nəfəri səbəbsiz həbs edib. Tutulanların qohumları yığışıb yerli hökumətdən onların azad olmasını tələb ediblər, qarşıdurma da bundan sonra başlayıb.


Rəsmi Pekin uyğurların ittihamları rədd edir və bildirir ki, muxtar respublikanın iqtisadiyyatının dirçəldilməsi və etniklərin hüquqlarının qorunması istiqamətində xeyli iş görüb. Çin rəsmiləri indiyə qədərki bəyanatlarında həmçinin regiondakı qarşıdurmalara görə separatçıları günahlandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR