Bank Of Baku

Xorvatiya serblərinin sabiq lideri keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunala təhvil veriləcək

Xorvatiya serblərinin sabiq lideri keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunala təhvil veriləcək
# 20 iyul 2011 16:24 (UTC +04:00)
Bakı – APA. Belqraddakı xüsusi məhkəmə Xorvatiya serblərinin sabiq lideri, 1991-1995-ci illərdə Xorvatiyada hərbi cinayətlər törətməkdə ittiham edilən Qoran Haciçin keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunala təhvil verilməsi barədə qərar qəbul edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu gün səhər həbs edilən Q. Haciç şəxsiyyətinin müəyyənləşdirilməsi və ittiham aktının təqdim olunması məqsədilə Belqraddakı xüsusi məhkəməyə aparılıb. “Məhkəmə qərar qəbul etdi ki, Haciçin təhvil verilməsi üçün bütün şərtlər yerinə yetirilib. Müdafiə bu qərardan şikayət verməyəcək”, deyə vəkil bildirib.

İttiham olunan şəxsin beynəlxalq məhkəməyə təhvil verilməsi barədə qərar ədliyyə naziri tərəfindən imzalanır və icrası Daxil İşlər Nazirliyinə tapşırılır. Q. Haciçin yaxın günlərdə Haaqaya göndəriləcəyi gözlənilir.

Q. Haciç yüzlərlə xorvat və digər millətlərin nümayəndələrinin öldürülməsində və deportasiyasında ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR