Bank Of Baku

İran yeni neft naziri təyin edib

İran yeni neft naziri təyin edib
# 04 avqust 2011 03:25 (UTC +04:00)
Bakı-APA.İran parlamenti İnqilab Keşikçiləri komandiri və beynəlxalq sanskiyalar altında olan general Rüstəm Qaseminin neft naziri vəzifəsinə təyinatını təsdiqləyib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, onun namizədliyi parlamentdə səs çoxluğu ilə təsdiq olunub.
Beləliklə, prezident Mahmud Əhmədinejadın namizədinin dəstəklənməsi İran rəhbərliyi arasında may ayında baş qaldırmış mübahisəni çözmüş olub.
General Qaseminin neft naziri vəzifəsinə gəlişi neft istehsal edən ölkələrin OPEK təşkilatında prezidentliyin rotasiya ilə İrana keçəcəyi bir vaxta təsadüf edir.
Qasemi İranın nüvə proqramında roluna görə, ABŞ və Avropa İttifaqının sanksiyaları ilə üzləşir.
İran parlamentinin saytında yayılmış xəbər görə, general Qaseminin namizədliyini 264 millət vəkilindən 216-ı dəstəkləyib.
O, hərbi qüvvələrin hərbi sahəyə aidiyyatı olmayan nazir postuna yiyələnən ilk komandiri olacaq.
Əhmədinejad 2005-ci ildə vəzifəyə gəldikdən sonra İnqilab Keşikçiləri neft və qaz sektorunda çoxsaylı müqavilələr imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR