Bank Of Baku

İndoneziyada vertolyotun qəzaya uğraması nəticəsində 9 nəfər ölüb

İndoneziyada vertolyotun qəzaya uğraması nəticəsində 9 nəfər ölüb
# 04 avqust 2011 07:48 (UTC +04:00)
Bakı-APA. İndoneziyada “Bell 412” vertolyotunun qəzaya uğraması nəticəsində doqquz nəfər ölüb. APA-nın məlumatına görə, vertolyot Manado əyalətində yerləşən mədənə işçiləri aparırmış, sərnişinlərin hamısı bu mədənin işçiləri olub. Vertolyot havaya qalxdıqdan bir neçə dəqiqə sonra onunla rabitə əlaqəsi itib. Vertolyotun qəzaya uğradığı ehtimal olunan əraziyə polis və yerli sakinlərdən ibarət xilasedici missiya göndərilib. Hava maşınının qalıqlarını yalnız bu gün səhər aşkarlamaq mümkün olub. Vertolyotda iki heyət üzvü və səkkiz mədən işçisi olub. Sərnişinlərdən bir qadın sağ qalıb, ağır vəziyyətdə olan qadın xəstəxanaya çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR