Bank Of Baku

İran son aylar qonşu ölkələrə elektrik enerjisi ixracını 21 faiz artırıb

İran son aylar qonşu ölkələrə elektrik enerjisi ixracını 21 faiz artırıb
# 05 avqust 2011 08:38 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə-APA. İran Novruz bayramından bu günə kimi qonşu ölkələrə elektrik enerjisi ixracını 21 faiz artırıb. APA-nın məlumatına görə, İran Enerji Nazirliyinin açıqlamasında qeyd edilir ki, son aylar ərzində elektrik enerjisinin ixrac edildiyi bölgələr sırasında Naxçıvan da var. Naxçıvanın elektrik enerjisi ilə təminatı İran və Azərbaycan arasında mövcud olan enerji mübadiləsi sazişinə uyğun olaraq həyata keçirilir. Avqustun əvvəlinə olan məlumata görə, İranın ümumi elektirk enerji mübadiləsi 1,332 megavat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR