Bank Of Baku

İranın cənub-qərbində neft kəmərində partlayış baş verib

İranın cənub-qərbində neft kəmərində partlayış baş verib
# 05 avqust 2011 18:19 (UTC +04:00)
Bakı-APA. İranın cənub-qərbdə yerləşən Əhvaz şəhərinə nəql olunan neft kəmərində güclü partlayış baş verib.
APA-nın verdiyi xəbərə görə, partlayışın ardınca yanğın başlayıb. Kəmərlə neftin nəqli dayandırılıb. Hadisə nəticəsində ölən və yaralanan yoxdur. Partlayışın baş vermə səbəbləri araşdırılır.
Bu neft kəməri ilə gündə 40 min barel neft nəql olunur. Partlayış yaxınlıqdakı çaya 10-15 min barel neftin axmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR