Bank Of Baku

Hillari Klinton Suriya hökumətindən silahlı qarşıdurmanı dərhal dayandırmağı tələb edib

Hillari  Klinton Suriya hökumətindən silahlı qarşıdurmanı dərhal dayandırmağı tələb edib
# 08 avqust 2011 10:10 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. ABŞ dövlət katibi Hillari Klintonun Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə telefon danışığı olub. APA-nın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, ABŞ Türkiyəni Suriyaya təzyiq etməyə çağırıb. ABŞ dövlət katibinin sözçüsü Mark Tonerin bildirdiyinə görə, telefon danışığında Suriyadakı vəziyyət müzakirə olunub. Sözçü deyib ki, H. Klinton Suriyadan dərhal silahlı insidenti dayandırmağı və bütün həbs olunanların azadlığa buraxılmasını tələb edib, Davudoğludan bu tələbi Suriya hökumətinə çatdırılmaq istənilib. Qeyd edək ki, sabah Türkiyə xarici işlər nazirinin Suriyaya səfəri gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR