Bank Of Baku

Hindistanda Dalay-lamanın varisinin and içmə mərasimi keçirilib

Hindistanda Dalay-lamanın varisinin and içmə mərasimi keçirilib
# 08 avqust 2011 11:24 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Hindistanda Dalay-lamanın varisinin and içmə mərasimi keçirilib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Tibetin yeni lideri Harvarddan olan hüquqşünas seçilib. Seçkinin nəticələrinə görə, 43 yaşlı hüquqşünas Lobsanq Sanqay 55 % səs yığaraq digər iki namizədi qabaqlayıb. Dalay-lama XIV isə tibetlilərin dini lideri rolunu qoruyub saxlayıb. L. Sanqay 1968- ci ildə Hindistanda anadan olub. 1995-ci ildə ABŞ-a köçüb və burada Harvard Universitetində beynəlxalq münasibətlər üzrə doktorluq dərəcəsi alıb. Qeyd edək ki, Tibet idarəçiliyi Hindistanın şimalında Dxaramsala şəhərində yerləşir. Bu idarəçilik 1959-cu ildə Dalay-lamanın Çinin təzyiqi ilə Tibet ərazisindən çıxarılmasından sonra yaradılıb. Əsas məqsəd tibetli qaçqınlara yardım etmək və müstəqil Tibet dövlətinin yaradılmasına nail olmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR