Bank Of Baku

Əfqanıstanda ABŞ vertolyotunu vuran silahlılar qətlə yetirilib

Əfqanıstanda ABŞ vertolyotunu vuran silahlılar qətlə yetirilib
# 10 avqust 2011 22:53 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinin komandiri, general Con Allen keçən həfə Amerikanın hərbi helikopterini vurmuş üsyançıların qətlə yetirildiyini bildirib. General Allen bu bəyanatı Pentaqonda verib.

Məlumata görə, koalisiya qüvvələri çərşənbə axşamı günü Vardak vilayətinin Çak rayonunda hərbi əməliyyat keçirib. Helikopterə hücumu planlaşdıran iki şəxsin intensiv axtarışının keçirilib və hücum zamanı Taliban lideri Molla Mohibulla və helikopterə atəş açan şəxs qətlə yetirilib. Koalisiya qüvvələrinin bəyanatında bildirilir ki, hücum zamanı Talibanla əlaqəsi olan bir neçə şəxs yaralanıb.

Helikopter qəzası zamanı ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin 30 üzvü və 7 əfqan komandosu, habelə onların tərcüməçisi həlak olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR