Bank Of Baku

İran polisi evlərdən peyk antenalarının yığışdırılması məqsədilə xüsusi əməliyyat keçirir – FOTO

İran polisi evlərdən peyk antenalarının yığışdırılması məqsədilə xüsusi əməliyyat keçirir – <font color=red>FOTO</font>
# 11 avqust 2011 08:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İran polisi evlərdə quraşdırılan peyk antenalarının yığışdırılması məqsədilə xüsusi əməliyyata başlayıb.

APA-nın İran KİV-nə istinadən verdiyi məlumata görə, bu həftədən başlayaraq İranda polisin birbaşa iştirakı və yerli hökumət qurumlarının nümayəndələrinin bələdçiliyi ilə şəxsi evlərdə və mənzillərdə qapalı yerlərdə quraşdırılan peyk antenaları yığışdırılır. Bu əməliyyat bir çox hallarda polis tərəfindən zor tətbiq edilməklə həyata keçirilir. Sökülən peyk antenalarının çanaqları isə elə yerindəcə yararsız hala salınır və qurğuların sahibləri ilə bağlı inzibati qaydada tədbir görülür. Bu tədbir ölkənin paytaxtı Tehranda, əsasən isə Azərbaycan şəhərlərində həyata keçirilir. Artıq Urmiya vilayətinə daxil olan şəhərlərdə əhalinin etirazına baxmayaraq, peyk antenalarının çanaqları sökülərək, yarasız hala salınıb. Hətta, Maku şəhərindəki məhəllələrin birində yerli sakinlərlə polis arasında bununla bağlı qarşıdurmada yaranıb.

Qeyd edək ki, İranda İslam inqilabından sonra ölkədə qoyulan sərt qadağalardan biri də peyk antenaları ilə bağlı olub. Bu səbəbdən də vətəndaşlar yaşadıqları evin və ya binanın damında peyk antenaları üçün gizli yerlər düzəldərək bu qurğudan istifadə edirlər. Antenaların sökülməsində məqsəd isə İran vətəndaşlarının, əsasən də azərbaycanlıların Türkiyə və Azərbaycan, o cümlədən xarici televiziya kanallarına baxmalarının qarşısını almaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR