Bank Of Baku

Suriya xarici jurnalistlərin qırğınlar törədilən Hama şəhərinə daxil olmasına icazə verib

Suriya xarici jurnalistlərin qırğınlar törədilən Hama şəhərinə daxil olmasına icazə verib
# 11 avqust 2011 09:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlunun Suriyada keçirdiyi görüşlərin ardından bu gün bir qrup jurnalist Suriyanın Hama şəhərinə yola düşüb. APA-nın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, jurnalistlər Hataydan Cilvəgözü sərhəd keçid məntəqəsini keçməklə Hamaya gedəcək.

Qeyd edək ki, Suriya ordu birləşmələri və ağır texnikanın Hama şəhərindən çəkildiyini açıqlayıb.

Suriyada baş verən iğtişaşlardan sonra bu ölkəyə gedən ilk qrupda Türkiyə və xarici ölkələrin media qurumlarını təmsil edən 10 jurnalist təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR