Bank Of Baku

İsrail “Mavi Mərmərə” gəmisində qətlə yetirilən 9 türk vətəndaşına ikiqat kompensasiya ödəməyi təklif edib

İsrail “Mavi Mərmərə” gəmisində qətlə yetirilən 9 türk vətəndaşına ikiqat kompensasiya ödəməyi təklif edib
# 12 avqust 2011 04:51 (UTC +04:00)
Bakı-APA. İsrail hökuməti “Mavi Mərmərə” gəmisinin Qəzzanın blokadasını yarmağa cəhd edən zaman qətlə yetirilən 9 türk vətəndaşına ikiqat kompensasiya ödəməyi təklif edib.
APA-nın verdiyi xəbərə görə, İsrailin “Maaraf” qəzetinin yaydığı xəbərə görə, əvəzində Təl-Əviv Türkiyə təklif edib ki, Ankara İsrail hökumətindən üzr istəmək tələbini geri götürsün.
İsrailin bu təklifi artıq Türkiyə hökumətinə çatdırılıb. Rəsmi Təl-Əviv bu xəbəri nə təsdiq nə də təkzib edib. İsrailin baş nazirinin ofisindən bildiriblər ki, baş nazir Türkiyə ilə diplomatik münasibətlərin yaxşılaşdırmağın hər iki tərəf üçün məqbul olan yollarını nəzərdən keçirir. İsrailin müdafiə naziri Ehud Barak, kəşfiyyat naziri Dan Meridor və Milli Təhlükəsizlik Şurasının rəhbəri Yakov Amidror Türkiyədən üzr istəməyin tərəfdarıdır. XİN-nin başçısı Aviqdor Liberman, Daxili İşlər naziri Eli İşay, nazirlər Moşe Yaalon və Beny Begin isə bu addımın qəti əleyhinə çıxış edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR