Bank Of Baku

“Fars” agentliyinin müxbiri: “Ələddin Burucerdinin açıqlamasının səs və video yazısı var”

“Fars” agentliyinin müxbiri: “Ələddin Burucerdinin açıqlamasının səs və video yazısı var”
# 15 avqust 2011 08:49 (UTC +04:00)
Bakı-APA. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu PKK terror təşkilatının hərbi qanadının rəhbəri Murad Qarailanın həbsinə dair xəbərlərlə bağlı İranın xarici siyasət idarəsinin rəhbəri ilə əlaqə saxlayıb. APA-nın “Habertürk”ə istinadən yaydığı məlumata görə, Əli Əkbər Salehi bununla bağlı əllərində heç bir dəlil-sübut olmadığını deyib. Türkiyənin İrandakı səfiri də xəbəri mediaya təsdiqləyən İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Ələddin Burucerdi ilə görüşüb. Komissiya sədri səfir Murad Qarailanın tutulması ilə bağlı mediaya açıqlama vermədiyini bildirib və onun adından yayılan xəbərləri təkzib edib.
Ələddin Burucerdi səfirlə görüşdən sonra media nümayəndələrinin suallarını cavablandırmaqdan imtina edib. Komissiya sədrinin “Murad Qarailan həbs olunub” açıqlamasını yayan “Fars” agentliyinin müxbiri isə Anadolu agentliyinə verdiyi açıqlamada Ələddin Burucerdinin söylədiyi fikirlərdən nə üçün imtina etməsinin səbəblərini bilmədiyini deyib: “Burucerdinin səsi yazılmış lent yazısı məndədir, dövlət televiziyasında isə açıqlamanın videoyazı var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR