Bank Of Baku

Tacikistan: BBC müxbirinin məhkəməsi başlayır

Tacikistan: BBC müxbirinin məhkəməsi başlayır
# 16 avqust 2011 01:11 (UTC +04:00)
Bakı-APA. İyun ayında həbs edilərək zaminə buraxılmış Urunboy Usmanov çərşənbə axşamı Xocand şəhərinin məhkəməsinə dəvət olunub.
APA-nın bbc.com saytıma istinadən verdiyi xəbərə görə, BBC-nin mərkəzi Asiya Xidmətinin müxbiri qadağan edilmiş Hizb ut-Təhrir təşkilatı ilə əlaqədə təqsirləndirilir.
Media təşkilatının rəhbərliyi təkrarən bildirib ki, müxtəlif təşkilatların nümayəndələrilə görüşlər jurnalistin vəzifə xidmətinin tərkib hissəsi olub və bu haqqın danılması söz azadlığına təhlükə təşkil edir.
Urunboy Usmanov iyunun 13-də həbs edilərək 1 ay ərzində məhbəsdə saxlanılıb.
59 yaşlı jurnalist son 10 il ərzində BBC Mərkəzi Asiya Xidmətinə işləyib.
O, bu illər ərzində müxtəlif mövzuları işıqlandırıb.
Usmanovun sözlərinə görə o, Hizb ut-Təhrir haqqında material hazırlayarkən bu təşkilatın nümayəndələrilə də görüşüb.
Bir sıra nüfuzlu beynəlxalq təşkilat BBC müxbirinin həbsini həssas dini və siyasi mövzuların işıqlandırılmasına senzura qoymaq cəhdi kimi dəyərləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR