Bank Of Baku

ABŞ Türkiyəni Bəşər Əsədə “hakimiyyətdən get” deməyə çağırıb

ABŞ Türkiyəni Bəşər Əsədə “hakimiyyətdən get” deməyə çağırıb
# 17 avqust 2011 08:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. ABŞ-ın dövlət katibi Hillari Klinton Türkiyə və Səudiyyə Ərəbistanını Bəşər Əsədə hakimiyyəti xalqa təhvil verməsi üçün təzyiq göstərməyə çağırıb. APA-nın məlumata görə, ABŞ-ın müdafiə naziri Leon Panetta ilə birgə qatıldığı tədbirdə çıxış edən Hillari Klinton ölkəsinin Liviya və Suriyaya qarşı yürütdüyü siyasəti «ağıllı güc siyasəti» adlandırıb. O, Suriya ilə bağlı fikirlərini də açıqlayıb: «Bu gün haradan baxılırsa, baxılsın biz güclüyük və liderik. Ancaq liderliyin bir nümunəsi digər insanları meydana çıxarmaqdır. Bu gün etdiyimiz də budur. Bizim Bəşər Əsədə «get!» deməyimiz gözləniləndir. Amma digərləri, Türkiyə, yaxud kral Abdullah «get!» söyləsə, o zaman Əsəd bu fikirləri qulaq ardına vurmaz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR