Bank Of Baku

Türkiyə “Mavi Mərmərə” hadisəsinə görə İsrailin üzür istəməsində israrlıdır

Türkiyə “Mavi Mərmərə” hadisəsinə görə İsrailin üzür istəməsində israrlıdır
# 17 avqust 2011 20:29 (UTC +04:00)
Bakı-APA. Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlu Qəzzaya gedən Mavi Mərmərə gəmisində olan türk vətəndaşların İsrail xüsusi təyinatlıları tərəfindən qətlə yetirilməsinə görə İsrailin Ankaradan üzür istəməsini təkid edib.

APA-nin İHA agentliyinə istinadən verdiyi xəbərə görə, Davudoğlu bildirib ki, yalnız İsrailin Türkiyədən üzür istəməsi Ankara və Təl-Əviv arasındakı münasibətlərin normallaşmasına yol açacaq.


Xatırladaq ki, bu gün İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail hökuməti “Mavi Mərmərə” hadisəsinə görə Türkiyədən üzür istəmək fikrində deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR