Bank Of Baku

BMT tribunalı Livanın keçmiş baş naziri Həririnin qətli ilə əlaqədar ittihamnaməni açıqlayıb

BMT tribunalı Livanın keçmiş baş naziri Həririnin qətli ilə əlaqədar ittihamnaməni açıqlayıb
# 18 avqust 2011 02:51 (UTC +04:00)
Bakı-APA. 2005-ci ildə Livanın keçmiş baş naziri Rafik Həririnin qətlə yetirilməsini təhqiq edən BMT tribunalı hücumu həyata keçirən dörd Hizbullah üzvünə qarşı ittihamnaməni açıqlayıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, məhkəmə şübhəlilərə qarşı ittihamları təsdiq etdiyini və prokurorların işin məhkəməyə çıxarılması üçün kifayət qədər dəlil gətirməsindən sonra ittihamnaməni açıqladığını bildirib. Məhkəmənin bildirdiyinə görə, ittihamnamə rəsmilərin axtarış aparıb, şübhələnilənləri həbs edə bilməsi üçün gizli saxlanılıb. Livanın keçmiş Baş naziri Səid Həriri deyib ki, atasının qətli ilə əlaqədar ittihamnamənin açıqlanması həqiqətin aşkar edilməsi və ədalətin bərqərar olması istiqamətində mühüm bir addımdır. Prokuror Daniel Bellemar hakimlərin ittihamnaməni açıqlamasını alqışlayıb. O deyib ki, sənədin açıqlanması 2005-ci ildə fevral ayında hücumla bağlı bir sıra suallara cavablar tapmağa kömək edəcək, lakin işlə bağlı bütün təfərrüatları ictimaiyyət üçün keçəcək azad və ədalətli məhkəmə zamanı məlum olacaq. Tribunalın sədri keçən həftə bildirmişdi ki, Livan rəsmiləri şübhəli bilinən Hizbullah üzvlərini həbs edə bilməyiblər. Hizbullah qətllərdə əli olduğunu rədd edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR