Bank Of Baku

Əfqanıstanda baş verən terror aktlarında 16 nəfər ölüb

Əfqanıstanda baş verən terror aktlarında 16 nəfər ölüb
# 18 avqust 2011 09:07 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Əfqanıstanda baş verən terror aktları 16 nəfərin həyatına son qoyub. APA-nın məlumatına görə, ölkənin cənub-qərbindəki Herat vilayətində yola basdırılan minanın partlaması nəticəsində sərnişin avtobusu yoldaşı çıxaraq aşıb. Avtobusda olan 14 nəfər ölüb, 11 nəfər yaralanıb. Ölən və yaralıların əksəriyyəti qadın və uşaqlardır. Ölkənin şərqindəki Paktiya vilayətində də terror aktı törədilib. Qardez şəhərində NATO bazasının qarşısında bomba quraşdırılmış yük maşınını partladılıb. Terror aktı nəticəsində iki əfqan mühafizəçisi həlak olub. Baş verən partlayışların məsuliyyətini “Taliban” hərəkatı öz üzərinə götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR