Bank Of Baku

Pakistanda baş verən etnik xarakterli toqquşmalarda 38 nəfər ölüb

Pakistanda baş verən etnik xarakterli toqquşmalarda 38 nəfər ölüb
# 18 avqust 2011 10:20 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Pakistanın cənubundakı Karaçi şəhərində etnik qarşıdurma baş verib. APA-nın məlumatına görə, şəhərin müxtəlif bölgələrində davam edən küçə qarşıdurmaları nəticəsində 38 nəfər həlak olub, onlarla maşın və yaşayış binası atəşə tutulub. Təhlükəsizlik qüvvələri hadisə ilə bağlı çox sayda insanı şübhəli şəxs qismində saxlayıblar. Dünən şəhərdə aralarında siyasi təşkilat liderlərinin də olduğu 10 nəfər öldürülüb.

Qeyd edək ki, ötən ay Pakistanın iqtisadi və ticarət mərkəzi olan Karaçidə etnik və siyasi xarakterli toqquşmalarda 400-dən çox insan həyatını itirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR