Bank Of Baku

Tarik Əziz edam olunmaq xahişi ilə İraq baş nazirinə müraciət edib

Tarik Əziz edam olunmaq xahişi ilə İraq baş nazirinə müraciət edib
# 18 avqust 2011 11:10 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə T. Əzizin vəkili jurnalistlərə bildirib.

Baş nazirə göndərdiyi məktubda T. Əziz israrla «son arzusunu təmin etməyi və edamı tezliklə icra etməyi xahiş edib». Vəkil bildirib ki, müraciətə səbəb keçmiş xarici işlər nazirinin səhhətinin pisləşməsi olub. T. Əzizin qohumları onu səhhətində yaranmış ciddi problemlərə görə həbsdən azad edilməsi üçün dəfələrlə hökumətə müraciət edib. Sabiq xarici işlər nazirində diabet və hipertoniya xəstəliyinin olduğu aşkarlanıb. 2010-cu ilin yanvarında insult keçirən sabiq dövlət rəsmisi bir müddət danışıq qabiliyyətini də itirib.

Səddam Hüseyn hökumətində yeganə xristian dövlət rəsmisi olan T. Əziz 2003-cü ilin aprel ayında ABŞ qüvvələrinə könüllü təslim olub. Məhkəmə 2010-cu ilin oktyabrında onun edam olunması barədə qərar çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR