Bank Of Baku

İranda azərbaycanlıların haqları uğrunda hərəkatın daha bir fəalı həbs olunub

İranda azərbaycanlıların haqları uğrunda hərəkatın daha bir fəalı həbs olunub
# 18 avqust 2011 15:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İranda azərbaycanlıların haqları uğrunda hərəkatın fəallarından olan Məhəmməd Əlimuradi həbs olunub.

Güney Azərbaycan Milli Oyanış Hərəkatından APA-ya verilən məlumata görə, M. Əlimuradi Təbrizin “Səhənd” stadionunda keçirilən futbol qarşılaşmasından sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onunla birlikdə kimliyi hələ müəyyənləşdirilməyən bir neçə azərbaycanlı da tutulub. Şahidlərin bildirdiyinə görə, M. Əlimuradinin və digərlərinin saxlanmasına səbəb İran hökumətinin “Urmiya” gölünün quruması və azərbaycanlıların haqları ilə bağlı səsləndirdikləri şüarlar olub.

Saxlanılan şəxslər “Azərbaycan dur səs ver, Urmu gölünə nəfəs ver”, “İran federasyonu Azərbaycanın düşməni”, “Yaşasın Azərbaycan”, “Urmu gölü susuzdur, Azərbaycan oyanmasa, uduzdu” və sair şüarlar səsləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR