Bank Of Baku

Əfqanıstanda baş verən terror aktlarında 3 nəfər ölüb, çoxlu sayda yaralı var

Əfqanıstanda baş verən terror aktlarında 3 nəfər ölüb, çoxlu sayda yaralı var
# 19 avqust 2011 07:32 (UTC +04:00)
Kabil-APA. Əfqanıstan paytaxtında 10 dəqiqəlik fasilə ilə iki partlayış baş verib. APA-nın məlumatına görə, terror hücumlarının hədəfi “British Couincil” təşkilatının binası olub. Partlayışlardan sonra atəş səsləri eşidilməyə başlayıb. Atəşdən sonra hadisə yerinə İSAF-a məxsus iki zirehli maşın gəlib. Yerli polis terror aktı nəticəsində 3 nəfərin öldüyünü, 7 nəfərin yaralandığını bildirir. Yaralıların sayının artacağı istisna olunmur. Terror aktına görə məsuliyyəti öz üzərinə “Taliban” hərəkatı götürüb. Xatırladaq ki, bu gün Əfqanıstanın milli bayramı - Böyük Britaniyanın müstəmləkəsindən çıxaraq müstəqillik əldə etməsinin ildönümüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR