Bank Of Baku

Ərdoğanı Somaliyə səfərdə müşayiət edəcək nümayəndə heyətini aparan təyyarə qəzaya uğrayıb

Ərdoğanı Somaliyə səfərdə müşayiət edəcək nümayəndə heyətini aparan təyyarə qəzaya uğrayıb
# 19 avqust 2011 08:28 (UTC +04:00)
APA-nın məlumatına görə, qəza “Türk Hava Yolları”na aid “Ordu” adlı təyyarə Moqadişo hava limanına enən zaman baş verib. Uçuş zolağının qısa olması səbəbilə təyyarə enən zaman sağ qanadı yerə sürtülüb. Sürtünməyə rəğmən təyyarədə alışma baş verməyib. Təyyarənin sağ qanadı ciddi zədələnib, mütəxəssislər heyətin Türkiyəyə başqa təyyarə ilə göndəriləcəyini bildiriblər. Qəzaya uğrayan təyyarədə parlamentdə AKP fraksiyasının rəhbəri Mustafa Elitaş, TOBB başqanı Rıfat Hısarcıklıoğlu, “Doğan Holdinq” İdarə Heyətinin sədri Arzuhan Doğan Yalçındağ, İTObaşqanı Nevzat Yalçıntaş, sənətçilə Ajda Pekkan, Sertap Erener, Müəzzəz Ərsoy, Nihat Doğan, jurnalistlər, millət vəkilləri və mühafizə xidməti olub.

Xatırladaq ki, baş nazir Rəcəb Tayyip Ərdoğan bu gün aclıqdan əziyyət çəkən Somaliyə bir günlük səfərə gedib. Ərdoğanı bu səfərdə xanımı Əminə Ərdoğan, baş nazirin müavini Bəkir Bozdağ, Ailə və sosial siyasət naziri Fatma Şahin, səhiyyə naziri Rəcəb Akdağ, xarici işlər naziri Əhməd Davudoğlu, AKP sədrinin müavini Ömər Çelik müşayiət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR