Bank Of Baku

Misir öz sərhədçilərinin öldürülməsi ilə bağlı İsrailə rəsmi etirazını bildirib

Misir öz sərhədçilərinin öldürülməsi ilə bağlı İsrailə rəsmi etirazını bildirib
# 19 avqust 2011 17:49 (UTC +04:00)
Bakı-APA. Misir son iki gün ərzində İsraillə sərhəddə altı sərhədçisinin öldürülməsi ilə bağlı İsrail hökumətinə rəsmi etirazını bildirib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Misir tələb edib ki, İsrail hüquq-mühafizə orqanları dərhal Misir sərhədçilərinin öldürülməsi və yaralanması faktlarını araşdırsın.
Bununla yanaşı Misir İsrail ilə El Odca sərhəd keçid məntəqəsini bağlayıb.
Son iki gün ərzində Misir-İsrail sərhədində baş vermiş insidentlərdə altı Misir təhlükəsizlik xidmətinin əməkdaşı həlak olub, bir neçəsi yaralanıb.
Onlardan üçü, yaraqlıları təqib edən İsrail vertolyotundan açılan atəş nəticəsində həlak olublar. Yaraqlılar Misir ərazisində gizlənməyə çalışırdılar.
Qalan sərhədçilər Misirlə sərhəddə İsrail hərbiçilərinin yaraqlılarla baş vermiş toqquşma zamanı həlak olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR