Bank Of Baku

Nümayişçilər İsrailin Qahirədəki səfirliyini mühasirəyə alıblar

Nümayişçilər İsrailin Qahirədəki səfirliyini mühasirəyə alıblar
# 20 avqust 2011 04:26 (UTC +04:00)
Bakı-APA. Qahirədə minlərlə etirazçılar İsrail səfirliyini mühasirəyə alarıq səfirin ölkəni tərk etməsini tələb edirlər.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, etiraz aksiyası Misirin İsraillə sərhədində təhlükəsizlik əməkdaşlarının öldürülməsi ilə bağlı keçirilir. Misir polisi səfirliyin mühafizəsini gücləndirib. Səfirliyin yerləşdiyi binanın yaxınlığına hərbi texnika gətirilib.
Xatırladaq ki, Misir hökuməti son iki gün ərzində İsraillə sərhəddə altı sərhədçisinin öldürülməsi ilə bağlı İsrailə rəsmi etirazını bildirib.
Son iki gün ərzində Misir-İsrail sərhədində baş vermiş insidentlərdə altı Misir təhlükəsizlik xidmətinin əməkdaşı həlak olub, bir neçəsi yaralanıb.
Onlardan üçü, yaraqlıları təqib edən İsrail vertolyotundan açılan atəş nəticəsində həlak olublar. Yaraqlılar Misir ərazisində gizlənməyə çalışırdılar.
Qalan sərhədçilər Misirlə sərhəddə İsrail hərbiçilərinin yaraqlılarla baş vermiş toqquşma zamanı həlak olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR