Bank Of Baku

İsrailin Qəzzaya endirdiyi hava zərbəsi nəticəsində bir fələstinli həlak olub, iki nəfər yaralanıb

İsrailin Qəzzaya endirdiyi hava zərbəsi nəticəsində bir fələstinli həlak olub, iki nəfər yaralanıb
# 24 avqust 2011 04:56 (UTC +04:00)
Bakı-APA. İsrailin Qəzzaya endirdiyi hava zərbəsi nəticəsində bir fələstinli həlak olub, iki nəfər yaralanıb.
APA-nın verdiyi xəbərə görə, Rəfah şəhəri yaxınlığında İsrailin pilotsuz təyyarəsindən, içində Fələstin yaraqlıları olan avtomobilə raket zərbəsi endirilib. Həlak olan “İslam cihadı”-nın “Sərayə-əl-Quds” hərbi qruplaşmanın səhra komandirlərindən biridir.
İsrail tərəfi bildirib ki, bu hava hücumu keçən həftə Fələstin terrorçularının 7 İsraillinin ölümü ilə nəticələnən terror aktlarına cavab olub.

Son bir necə gün ərzində İsrail təyyarələrinin Qəzzaya endirdiyi hava zərbəsi nəticəsində aralarında 5 dinc sakin olaraq 15 nəfər həlak olub. Buna cavab olaraq fələstinlilər Qəzzadan İsrail ərazisini raket atəşinə tutublar. Nəticədə ölən və yaralanan olub.
Keçən həftə Fələstin qruplaşmaları İsrail ilə dayandırdıqları atəşkəs rejimini bərpa etməyə razı olduqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR