Bank Of Baku

Yaponiyanın baş naziri istefa verib

Yaponiyanın baş naziri istefa verib
# 26 avqust 2011 10:31 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Yaponiyanın baş naziri istefa verib. APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkədə baş verən təbii fəlakətlər və onların fəsadlarının gec aradan qaldırılması baş nazirin istefasına səbəb olub.
Baş nazir Naoto Kan zəlzələ və sunami fəlakətlərinin ölkədə yaratdığı böhran ilə əlaqədar dəfələrlə müxalifət və iqtidar partiyaları tərəfindən tənqid olunub.
Qeyd edək ki, Yaponiyada martın 11-də baş verən zəlzələ və sunami “Fukisima” atom elektrik stansiyasına ciddi ziyan vurub. “Fukisima” hadisəsi miqyasına görə dünyanın Çernobıldan sonrakı ikinci ən dəhşətli texnogen qəzası hesab edilir. Bu təbii fəlakət nəticəsində 24 mindən çox insanın ölüb və itkin düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR