Bank Of Baku

Sinqapurda prezident seçkiləri keçirilir

Sinqapurda prezident seçkiləri keçirilir
# 27 avqust 2011 04:21 (UTC +04:00)
Bakı-APA. Sinqapurda bu gün son 18 ildə ilk dəfə olaraq prezident seçkiləri keçirilir. Seçki məntəqələri Bakı vaxtı ilə saat 5-də açılıb. Bu barədə APA BBC-yə istinadən məlumat verir.

Ali vəzifəyə 4 nəfər iddia edir. Onların hamısının soyadı Tandır. Bunlar keçmiş baş nazirin müavini Toni Tan, həmçinin Tan Çen Bok, Tan Çji Sey və Tan Kin Lyandırlar.

Şəhər-dövlət olan Sinqapurun əhalisi 5 milyondur. Burada prezident vəzifəsi simvolik xarakter daşıyır, lakin dövlət başçısı ildə təxminən 3,5 milyon ABŞ dolları məbləğində maaş alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR