Bank Of Baku

Mənbə: «İsrail Türkiyədən üzr istəməyəcək»

Mənbə: «İsrail Türkiyədən üzr istəməyəcək»
# 02 sentyabr 2011 21:51 (UTC +04:00)
Bakı-APA. İsrail hökuməti 2010-cu ilin mayında «Azadlıq donanması»nın 9 türk fəalının həlak olmasına görə üzr istəməyəcək. Bu barədə İsrailin yüksək vəzifəli mənbəsi bəyan edib.

«İsrail bir daha fəalların həlak olması ilə bağlı təəssüfünü bildirir, lakin israilli əsgərlərin özünümüdafiəsinə görə üzr istəmir», deyə mənbə RİA «Novosti»yə bildirib.

Mənbə İsrailin yəhudi və türk xalqları arasında tarixi əlaqələrin vacibliyini başa düşdüyünü vurğulayıb. «İsrail dəfələrlə Türkiyə ilə münasibətləri normallaşdırmağa cəhd edib, lakin heç nə alınmayıb», deyə o əlavə edib.

Dünən Türkiyə hökuməti İsrail hərbi əməkdaşlığın dondurulması, diplomatik münasibətlərin minimuma endirilməsi barədə qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR