İranda azərbaycanlıların keçirdiyi kütləvi aksiyalara polis müdaxilə edib, çoxlu sayda yaralanan və saxlanılan var
Təbrizin Bazar meydanı, şəhər icra hakimiyyətinin binası ilə Rastaküçə arasında, Əmin üçyolu, «Konkabaşı» və Bağqabağı marşrutu ilə keçirilən yürüşdə 10 mindən çox soydaşımız iştirak edib.
Aksiya zamanı polisin müdaxiləsi olub, dinc aksiya iştirakçısı olan qadınlar və uşaqlar saxlanılıb. Bəzi məlumatlara görə, polis müdaxiləsi zamanı 22 yaşlarında bir aksiyaçı öldürülüb.
Urmiyanın İmam, «Ətai», Besət, Cənubi Xəyyam, Kaşani xiyabanlarında, «Vilayəti-fəqih» və «Əyalət» meydanlarında da eyni vaxtda aksiyalar keçirilib. Sarab, Əhər, Meşkinşəhr şəhərlərində də yerli əhali Urmiya gölünün qurudulmasına hakimiyyətin laqeyd münasibətinə öz etirazını bildirib.
Tehrandakı soydaşlarımız bu etirazlara dəstək aksiyaları keçirmək üçün “İmam Hüseyn” və “Azadlıq” meydanlarında toplaşsalar da, polisin və ordu qüvvələrin müdaxiləsi ilə güc tətbiq edilib və aksiyanın keçrilməsinə imkan verilməyib. Meydanlar polis nəzarətinə götürülüb, polis aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, dinc nümayişçilərə atəş açıb.
Hələlik yaralıların və saxlanılanların sayını dəqiqləşdirmək mümkün olmayıb.
Qeyd edək ki, aksiya iştirakçıları Urmiya gölünün məqsədyönlü qurudulması prosesinin dərhal dayandırılmasını, gölün qurumasının qarşısını almaq üçün təcili tədbirlər görülməsini, hökumət, parlament sədri və bəzi deputatların söylədikləri təhqirlərə görə, Azərbaycan xalqından üzr istəməsini tələb edirlər.
Tələblər sırasında Qərbi Azərbaycan əyalətinin valisinin istefaya göndərilməsi və məsuliyyətə cəlb olunması, dinc aksiyaçılara hücum edən polislərin cəzalandırılması, həbs olunanların sərbəst buraxılması, hökumət mediasında azərbaycanlıların təhqir edilməsi kampaniyasının dayandırılması, yerli əhalinin şəxsi təsərrüfatına dəymiş ziyanın ödənilməsi də var.
Qeyd edək ki, dünən Tehranın Ankaradakı səfirliyi qarşısında da Türkiyədəki Güney Azərbaycan türkləri Urmiya gölünün qurudulmasına etiraz olaraq aksiya keçiriblər. Sentyabrın 4-də isə İsveçin Gütenberg şəhərində də belə aksiyanın keçirilməsi gözlənilir.
Asiya
Aralıq dənizində 3,9 bal gücündə zəlzələ olub
Türkiyədə təyyarənin enişdən sonra təkəri partlayıb, 186 sərnişin təxliyə edilib
İran və Türkiyə prezidentləri arasında telefon danışığı olub
BMT: İsrailin hücumları nəticəsində Livanın cənubunda 11 min ev dağılıb
Xəbər Lenti
İsrail-Livan danışıqlarının yeni mərhələsi Vaşinqtonda keçiriləcək
ABŞ Milli Kəşfiyyat Direktorunun Ofisində kütləvi ixtisarlar başlayıb
DÇ-26: Norveç Seneqalı məğlub etdi
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
DÇ-26: Fransa 3 xalı 3 qolla qazandı
“Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilərlər
Tramp İsrailin Livandan qoşunları çıxarmaq istəməməsi ilə bağlı məsələni həll edəcəyini bildirib
ABŞ Hörmüz boğazından tədarükün böhrandan əvvəlki səviyyəyə qayıtdığını açıqlayıb
Fransa İrana qarşı sanksiyaların ləğvini dəstəkləməyəcək
Tramp: İranın nüvə silahı inkişaf etdirməsinin qarşısını almaq qlobal böhrandan daha vacibdir
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
Aralıq dənizində 3,9 bal gücündə zəlzələ olub
DÇ-2026: Argentina Avstriyanı məğlub edib, Messi iki qolla tarixə düşüb
Qətər İranın dondurulmuş aktivlərinin xərclənməsinə nəzarət mexanizminin yaradılmasına kömək edəcək
Vens: ABŞ və İran arasında texniki danışıqlar davam edir
Messi dünya çempionatlarının bombardiri adını ələ keçirib
Türkiyədə təyyarənin enişdən sonra təkəri partlayıb, 186 sərnişin təxliyə edilib
İran və Türkiyə prezidentləri arasında telefon danışığı olub
BMT: İsrailin hücumları nəticəsində Livanın cənubunda 11 min ev dağılıb
Qara dənizdə Türkiyəyə məxsus gəmi hücuma məruz qalıb, yaralılar var
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə iki ölkə arasındakı mövcud vəziyyəti müzakirə edib
Ukrayna Voronejdə "İskəndər" və "Kalibr"in hissələrini istehsal edən zavoda hücum edib, 5 nəfər ölüb - YENİLƏNİB2
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə gübrə yola salınacaq
Sahibə Qafarova BƏƏ Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşüb
İranın danışıqlar heyəti Omana səfər edib
“Fars”: AEBA müfəttişlərinin İrana qayıtması ilə bağlı heç bir müzakirə aparılmayıb
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlanıb
Emin Əmrullayev: Azərbaycan təhsilində ən çətin işlə məşğul olanlar müəllimlərdir, onların ehtiyaclarını anlamaq vacibdir - MÜSAHİBƏ
ABŞ dövlət katibi Körfəz ölkələrinə səfər edəcək
Aİ ölkələri Moldovanın bloka inteqrasiyasının dərinləşdirilməsi üzrə razılığa gəlib
Prezident İlham Əliyevin adından Sərdar Berdiməhəmmədovun şərəfinə dövlət ziyafəti verilib - FOTO
Qazaxıstan Prezidenti Brüsselə rəsmi səfərə gedib
QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiq olunub - YENİLƏNİB
Avropa Şurasının Bakı ofisinin rəhbəri Xarici İşlər Nazirliyinə çağırılıb
Göygöldə maşın aşıb, xəsarət alanlar var
Türkmənistanlı nazir DOST Mərkəzi ilə tanış olub
Bakıda 2 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası təsdiqlənib
Emin Əmrullayev dərsliklərdəki problemlərdən danışıb
Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə verilməsi qaydası müəyyənləşib
Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir
Birinci nazir Kir Starmeri şimali irlandiyalılara qarşı ayrı-seçkilikdə ittiham edib
Qətərdə qaz emalı zavodunda partlayışda 13 nəfər ölüb, 66 yaralı var - YENİLƏNİB-1
Azərbaycanla Türkmənistan arasında gömrük sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Gürcüstanda əcnəbilərin vahid reyestri yaradılır
Nazir müəllimlərin maaşlarının artırılmasının mümkünlüyünə münasibət bildirib
Netanyahu İsrailin lazım olduğu müddətcə cənubi Livanda qalacağını bildirib