Bank Of Baku

Şimali Koreya nüvə danışıqlarını bərpa etməyə çağırıb

Şimali Koreya nüvə danışıqlarını bərpa etməyə çağırıb
# 19 sentyabr 2011 19:49 (UTC +04:00)
Bakı-APA. Şimali Koreya xarici işlər nazirinin müavini Li Yon Xo heç bir ön şərtsiz nüvə danışıqlarına başlamağa çağırıb.

Çərşənbə günü Pekində Li Yon Xonun Cənubi Koreyadan olan həmkarı Vi Son Rakla danışıqları nəzərdə tutulur. Danışıqların əsas mövzularından biri məhz Koreya yarımadasının nüvəsizləşdirilməsi barədə danışıqlar prosesinin bərpası olmalıdır. Sözügedən prosesdə Koreyalardan əlavə ABŞ, Çin, Rusiya və Yaponiya iştirak edirlər.

Seul və Vaşinqton danışıqlar başlamamışdan ön şərt kimi Şimali Koreyanın nüvə sahəsində bütün fəaliyyətinə son qoymasını və BMT müfəttişlərini ölkəyə qaytarmasını tələb edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR