Bank Of Baku

Yəməndə hökumət qüvvələri müxalifətin mövqelərinə yenidən bombalamağa başlayıb

Yəməndə hökumət qüvvələri müxalifətin mövqelərinə yenidən bombalamağa başlayıb
# 20 sentyabr 2011 08:24 (UTC +04:00)
Bakı – APA. Yəməndə hökumət qüvvələri atəşkəs razılaşmasına baxmayaraq, müxalifətin mövqelərinə yenidən zərbə endirməyə başlayıb. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, hazırda paytaxt Sana şəhərində avtomat və pulemyot səsləri eşidilir. Müxalifət tərəfdarlarının düşərgəsi raket atəşinə tutulub. Nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qeyd edək ki, müxalifətin tərəfinə keçən general Əli Möhsenin komandanlığı altında birləşən rejim əleyhdarları ilə prezidenti Əli Abdulla Salehə sadiq olaq ordu arasında atəşkəs haqqında razılaşma əldə olunmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR