Bank Of Baku

İran prezidenti həbsdə olan iki amerikalının azad ediləcəyini bir daha bildirib

İran prezidenti həbsdə olan iki amerikalının azad ediləcəyini bir daha bildirib
# 21 sentyabr 2011 03:13 (UTC +04:00)
Bakı-APA. İran prezidenti Mahmud Əhmədinejad İranda həbsdə olan iki amerikalı səyyarın azad ediləcəyini bir daha təkrar edib. APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, İranın dövlət başçısı bunu BMT-nin Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclasdan öncə bildirib.

İranın ədliyyə sistemi Şeyn Bauer və Caş Fattalın azadlığa buraxılmasını yubadır. İranın Ədliyyə Nazirliyinin bəyanatında bildirilir ki, məhkəmə Şeyn Bauer və Caş Fattalın vəkillərinin onların 1 milyon dollar müqabilində zaminə buraxılması tələbini nəzərdən keçirir.
Amerikalı səyyarlar 2009-cu ildə casusluq ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR