Bank Of Baku

Fələstində müstəqilliyin tanınması tələbilə kütləvi aksiyalar başlayıb

Fələstində müstəqilliyin tanınması tələbilə kütləvi aksiyalar başlayıb
# 21 sentyabr 2011 16:46 (UTC +04:00)
Bakı-APA. Fələstin dövlətinin 1967-ci il sərhədlərində tanınması tələbini dəstəkləyən on minlərlə insan İordan çayının Qərb sahilində yerləşən şəhərlərdə aksiyalara başlayıblar. APA-nın məlumatına görə, aksiya iştirakçıları ABŞ prezidenti Barak Obamanı Fələstinin müstəqilliyinin tanınmasına dəstək verməyə çağırıblar. Ramallah şəhərində bir qrup aksiya iştirakçısı Amerika bayraqlarını yandırmaq istəsələr də, nümayişə toplaşanlar buna imkan verməyiblər. Hələlik aksiyalarda heç bir insident qeydə alınmayıb.
Xatırladaq ki, Fələstin tərəfi BMT-yə müraciət edərək Fələstin dövlətini quruma üzv 194-cü dövlət kimi tanımağa çağırıblar. ABŞ BMT-nin belə qərar çıxaracağı təqdirdə veto hüququndan istifadə etməyə hazırlaşır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR