Bank Of Baku

ABŞ qoşunları bu ilin sonunadək İraqı tərk edəcəklər

ABŞ qoşunları bu ilin sonunadək İraqı tərk edəcəklər
# 22 sentyabr 2011 00:56 (UTC +04:00)
Bakı-APA. Amerika qoşunları İraqdan əvvəlcədən müəyyən olunmuş qrafikə uyğun olaraq 2011-ci ilin sonunadək çıxacaqlar. Bu barədə İraqın vitse-prezidenti Hüdeyr əl-Xuzayi «Əs-Sumariya» telekanalına bəyan edib.

O bu bəyanatı ABŞ-ın İraqdakı səfiri Ceyms Ceffri ilə görüşdən sonra səsləndirib. Öz növbəsində Ceffri ABŞ hökumətinin İraq hökuməti ilə bağlanmış müqaviləyə uyğun olaraq qoşunlarını bu ilin sonunadək bu ölkədən çıxarmaq istədiyini bildirib.

O qeyd edib ki, ABŞ yenə də İraq hökuməti və xalqına azadlıq və demokratiya sahəsində ən yaxşı nümunə olmaq üçün yardım göstərməyə davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR