Bank Of Baku

İsrail ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

İsrail ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
# 24 sentyabr 2011 02:51 (UTC +04:00)
Bakı-APA. İsrail ordusu Misirlə sərhəddə terror törədiləcəyi barədə alınmış xəbərlə bağlı olaraq yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu barədə İsrail ordusunun mətbuat xidmətindən məlumat verilib.

İsrail hərbçilərinin məlumatına görə, HƏMAS qruplaşması BMT Baş Assambleyasında bu beynəlxalq təşkilata üzv olmaq üçün müraciət edən Mahmud Abbasa mane olmaq üçün İsrail-Misir sərhədində terror aktı hazırlayır.

Daha öncə HƏMAS Fələstin rəhbərliyinin BMT-yə daxil olmaq səylərini tənqid edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR