Bank Of Baku

İranın sabiq prezidenti Əliəkbər Haşimi Rəfsəncaninin qızının məhkəməsi keçirilib

İranın sabiq prezidenti Əliəkbər Haşimi Rəfsəncaninin qızının məhkəməsi keçirilib
# 25 dekabr 2011 03:12 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Dekabrın 24-də İranın sabiq prezidenti Əliəkbər Haşimi Rəfsəncaninin qızı Faizə Rəfsəncaninin məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, Faizə Rəfsəncaninin işinə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində baxılıb. Müsahibələrində hakimiyyət əleyhinə təbliğat aparmaqda təqsirləndirilən Faizə Rəfsəncaninin vəkili Qulaməli Riyahi müvəkkilinin məhkəmədə ittihamlara qarşı özünü müdafiə etdiyini bildirib: “Məhkəmə prosesi davam etdiyi üçün ətraflı məlumat verə bilməyəcəyəm. Sadəcə onu deyə bilərəm ki, mən və Faizə xanım ittihamlara qarşı müdafiə üçün əlimizdən gələni etdik”. Qulaməli Riyahinin sözlərinə görə, məhkəmə üç gün müddətində qərar çıxaracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR